Jurnalistin ailəsində ağır itki

“Şərq” qəzetinin redaktoru Anar Bayramoğlunun 5 yaşlı qızı Cavidan yaşadıqları 6-cı mərtəbənin pəncərəsindən yıxılaraq dünyasını dəyişib.

 

ANS PRESS-in məlumatına görə, hadisə bu gün axşam saatlarında Masazır qəsəbəsi, Gənclər şəhərciyində baş verib.

Qeyd edək ki, bir neçə həftə bundan əvvəl tanınmış jurnalist Ayaz Mirzəyevin də 3 yaşlı oğlu Maqsud binanın 4-cü mərtəbəsindən yıxılaraq vəfat etmişdi.

Allah rəhmət eləsin!

COMMENTS