FİFA Zimbabve yığmasını “DÇ-2018″in seçmə mərhələlərindən kənarlaşdırıb.
Qol.Az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna millinin sabiq baş məşqçisi Joze Klaudinei Georgininin borcunun ödənilməməsi səbəb olub.
Zimbabve Futbol Federasiyasına borcu ödəmək üçün xeyli müddət vaxt verilməsinə baxmayaraq federasiya tələbi yerinə yetirməyib.
Belədə FİFA Zimbabve millisini oktyabr ayında başlanacaq seçmə mərhələdən məhrum edib.
COMMENTS