“Zirə” qış fasiləsində növbəti transferini gerçəkləşdirməyə yaxındır.
Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, bir müddət öncə razılıq əldə olunan Trinidad və Tobaqo millisinin üzvü Comal Evans Uillyams sabah Bakıya gələcək. Yerli vaxtla 18:00-da paytaxtımızda olması nəzərdə tutulan Meksikanın “Mursilaqos” klubunun 23 yaşlı hücumçusu tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq. Müqavilənin müddəti hələlik açıqlanmır.
Qeyd edək ki, karyerasının əsas hissəsi ölkəsinin “Konnekşn” klubu ilə bağlı olan vinger 2016-cı ildən “Mursilaqos”un şərəfini qoruyur. Trinidad və Tobaqonun U-17, U-20 və U-23 yığmalarının şərəfini qoruyan Uillyams 2015-ci ildən əsas milliyə də dəvət alır. Burada 9 oyun keçirən futbolçu 1 dəfə qol sevinci yaşayıb.
Xatrladaq ki, Uillyams “Zirə”nin qış fasiləsində ilk legioner transferi olacaq.
Dosye.org

COMMENTS