“Zirə”nin futbolçusu Ukraynanın Olimpiya millisinə dəvət edildi

“Zirə”nin futbolçusu Ukraynanın Olimpiya millisinə dəvət edildi

“Zirə”nin futbolçusu Eldar Quliyev Ukraynanın Olimpiya millisinə çağırılıb.

QOL.az Ukrayna Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin adı Macarıstanda (17-25 mart) təlim-məşq toplanışı və Yaponiya ilə yoldaşlıq oyunu üçün baş məşqçi Ruslan Rotanın heyətində yer alıb.

“Sabah”ın keçmiş futbolçusu Aleksey Kaşuk da milliyə dəvət olunub.

Qeyd edək ki, Ukraynanın U-21 yığması Avro-2023-də yarımfinala yüksələrək tarixində ilk dəfə Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirak hüququ əldə edib.

Xatırladaq ki, 2024-cü il Olimpiya Oyunlarının futbol turnirlərinin püşkatma mərasimi martın 20-də Parisdə olacaq. Turnir iyulun 24-dən avqustun 9-dək Fransanın  Paris, Marsel, Lion, Bordo, Sent-Etyen, Nitsa və Nant şəhərlərində təşkil olunacaq.

COMMENTS