“Zirə”nin sabiq müdafiəçisi vəfat edib

“Zirə”nin sabiq müdafiəçisi vəfat edib

“Zirə”nin sabiq futbolçusu Yozef Bum vəfat edib. 

QOL.az xəbər verir ki, kamerunlu müdafiəçinin ölümü barədə Türkiyə mətbuatı məlumat yayıb. Lakin Bumun hansı səbəbdən dünyasını dəyişməsi bildirilməyib.

2017-18 mövsümündə “Zirə”nin heyətində 17 oyuna çıxmış Yozef Bum Türkiyədə “Antalyaspor” və “Mersin İdman Yurdu”nun formasını geyib.

COMMENTS