“Zirə” hazırlığa start verdi

“Zirə” hazırlığa start verdi

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasiləyə görə istirahətə buraxılan “Zirə” 3 günlük aradan sonra məşqlərini bərpa edib.

Qol.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Azərbaycan Premyer Liqasının 4-cü turunda keçiriləcək “Sumqayıt”la matçın hazırlığına start verib.

Qeyd edək ki, “Zirə” sentyabrın 7-də “Sabah”la yoxlama matçı keçirəcək.  “Sumqayıt”la Premyer Liqa oyunu isə sentyabrın 14-də olacaq.

DOSYE.ORG

COMMENTS