Ziya Məmmədovun əmisi oğlu vəzifəsindən çıxarılır

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun yaxınlarının başı üzərində “qara buludlar” dolaşır.

Avropa.info-nun əldə etdiyi məlumata görə, Ucar rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov artıq üç gündür işə çıxmır.

Məlumatı verən mənbə qeyd edib ki, Mənsur Məmmədov icra başçısı vəzifəsindən azad olunacağı barədə sərəncamı gözləyir.

Qeyd edək ki, M.Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun əmisi oğludur. İndiki vəzifəsinə qədər Mənsur Məmmədov Göyçay rayon icra hakimiyyətinin başçısı olub.

COMMENTS