Ziya Məmmədovun günahları və bu günahlara gürə o, kimləri qurban verməyə hazırlaşırdı

Teref.info olaraq bu gün mətbuatda gedən və hələ də heç kim tərəfindən təkzib olunmayan nəqliyyat nazirimiz Ziya Məmmədovun əməlləri barəsəndə araşdırma aprmaq qərarına gəldik .

Araşdırma qrupumuz bəzi faktlara söykənərək gəldiyi qənaətə görə axır vaxtlar Ziya Məmmədovun prezidentin yanında görünməməsi ona qarşı irəli sürülən dövləti xəyanətə bərabər ittihamlarla bağlıdır. Bu ittihamların içində keçmiş baş nazirin müavini, hal hazırda Rusiyada yaşayan və məlum antiazərbaycan oyunlarında adı hallanan Abbas Abbasovla yaxın dostluğuda yer alır.

Mətbuatda gedən və bu günə qədər də, təkzib olunmayan faktlardan biridə Ziya Məmmədovun azərbaycna qarşı düşmən mövqedə dayanan Abbas Abbasovla onun bu günə qədər davam edən şübhəli yaxın dostluq əlaqələridir. Lakin bu hələ aysberqin ancaq görünən ucudur.

Ziya Məmmədov axır vaxtlar öz gücünə o qədər inanmışdı ki, dövlət içində və xaricində müstəqil siyasət aparmağa başlamışdı.

Nəqliyyat nazirliyinin yarım hərbi qoçu dəstələri hamının yadındadır. Bu qoçu dəstələri Ziya Məmmədov tərəfindən yaradılmış, öz nizamnamələri olan, öz daxili qaydalarına uyğun olaraq hərəkət edən bir qüvvə idi. Onlar Azərbaycan qanunlarına heç məhəl belə qoymur və ancaq Ziya Məmmədovun göstərişləri ilə hərəkət edirdilər. Bu qocu dəstələri Ziya Məmmədova sadiq idilər və ixtiyari bir vaxtda hərbi qüvvəyə çevrilə bilərdilər. Hamnın yadında qalan bu qoçu dəstəsinin əməllərinin bir məqsədi də xalqı hakimiyyətə qarşı qaldırmaq idi.

Axır vaxtlar cərəyan edən hadisələr və bu hadisələrin fonunda Ziya Məmmədovla bağlı mətbuatda gedən xəbərlər Ziya müəllimin daha ciddi və daha təhlükəli olan planlarından xəbər verir. Onun MTN şefi Eldar Mahmudova ödədiyi astronomik məbləğdə xərac pulları bu planların heç də dövlətə xeyirli olduğundan xəbər vermir. (mətbuatda gedən məlumatlar heç kim tərəfindən təkzib olunmadı.)

Ziya Məmmədovun günahları və bu günahlara görə o, kimləri qurban verməyə hazırlaşırdı

Ziya Məmmədovun oğlu Anar Məmmədovun ABŞ prezidentliyinə namizəd milyarder Donald Tramla şübhəli əlaqələri və bu əlaqələrin sıcaqlaşdığı vaxtdan ABŞ-ın Azərbaycan dövlətinə qarşı apardığı aşağılayıcı kompaniya da Ziya Məmmədovun planlarının tərkib hissəsi ola bilər. Donald Trampın seçki kompaniyasına maliyyə yardımı edən,onun biznes projelərində yer alan Anar Məmmədov ( bu barədə xarici mənbələrdə məlumatlar yer almışdı) xaricdə müstəqil siyasi manevrlər edirdi.

Bu çox vaxt Azərbaycanın xarici siyasətinə zərbələr vururdu. Anar Məmmədov öz veb saytında özünü belə təqdim edir, ““liderlik, qərarların qəbulu, strategiyalar, beynəlxalq işlər, siyasət, rabitə, insan haqları, ətraf mühitin mühafizəsi, vəsaitlərin cəlb edilməsi, ictimaiyyətlə əlaqələr, sponsorluq münasibətləri və publika qarşısında çıxışlar “ sahəsində geniş təcrüqbəyə malik olan bir adamdır.

Bu təqdimat onun iddialarından xəbər verir.

DOSYE.ORG

COMMENTS