Parlamentin bugünkü iclasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovla deputat Zahid Oruc arasında qalmaqal yaşanıb.
Modern.az saytının xəbərinə görə, gündəliyə salınan məsələlərin müzakirəsi zamanı çıxış edən Zahid Oruc bildirib ki, Milli Məclisin qısa müddət ərzində 36 qanun layihəsi qəbul etməsi dünya rekordudur. Ziyafət Əsgərov isə onun onun sözünü kəsərək deyib ki, belə tikanlı sözlər lazım deyil:
“Mahiyyəti üzrə danışmaq lazımdır. Niyə deyirsiniz ki, rekord vururuq? Sabah da hansısa mətbuat orqanı lağla yazacaq ki, Milli Məclis qısa müddətə 36 qanun qəbul etdi. İclasa gələndə heç olmazsa, gündəliyə diqqət edin, onu oxuyun”.
Zahid Oruc da onun bu reaksiyasını cavabsız qoymayıb: “Qanunları, qanun layihələrini ən çox oxuyanlardan biri mənəm. Mənim dediyimdə tikanlı sözlər yox idi. Sadəcə, fikrimi bildirdim və məlumatlı olduğum üçün belə dedim”.
COMMENTS