Əfqanıstanda 6,2 bal gücündə zəlzələ baş verib

Əfqanıstanın şimalında 6,2 bal gücündə zəlzələ baş verib.
 
“Report”un RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu haqda ABŞ Geoloji Araşdırmalar Mərkəzi məlumat yayıb.
 
Yeraltı təkanların episentri İşkaşim şəhərindən 33 km cənub-qərbdə yerləşib. Təbii fəlakətin ocağı 200 km dərinlikdə olub.
 
Təkanların Pakistan və Hindistanda da hiss edildiyi qeyd olunur. 
Xəsarət alanlar və dağıntılar haqda məlumat verilməyib.

COMMENTS