Əfqanıstanda yol kənarına yerləşdirilən bombanın partlaması nəticəsində 7 mülki vətəndaş həlak olub, 6 nəfər yaralanıb.
“Report” xəbər verir ki, hadisə ötən gün axşam Kunduz əyalətinin Xan Abad dairəsində baş verib.
Partlayış “Taliban” radikal hərəkatının nəzarətində olan bölgədə qeydə alınıb.
“Taliban” hələlik hadisəyə münasibət bildirməyib.
DOSYE.ORG
COMMENTS