Əfvə düşən NİDA-çılar bəlli oldu

Bu barədə Hafta.az-a hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib.

 

N.Cəfəroğlunun sözlərinə görə, onların Monitorinq Qrupunun təqdim etdiyi siyahıda aşağıdakı şəxslər əfv olunub. Onlar “NİDA”çılar Şahin Novruzlu, Bəxtiyar Quliyev, AXCP üzvü, blogger Mürsəlli Elsevər, Gəncə şəhərində fəaliyyət göstərən “Kamil Vətəndaş” maarifləndirmə mərkəzinin rəhbəri Həsən Hüseynlidir.

Hafta.az-ın məlumatına görə, Şahin Novruzlu sabah saat 10:00-da azadlığa buraxılacaq.

Qeyd edək ki, sözügedən şəxslər ölkə başçısı İlham Əliyevə əfv olunmaları üçün müraciət ediblər.

COMMENTS