Əfv və böyük amnistiya olacaq – Novella Cəfəroğlu DETALLARI AÇDI

Əfv və böyük amnistiya olacaq – Novella Cəfəroğlu DETALLARI AÇDI

Novruz bayramı ilə əlaqədar 100% əfv sərəncamı olacaq. Bu dəfə daha çox məhbusun azadlığa çıxacağını gözləyirik.

Bunu  açıqlamasında hüquq müdafiəçisi, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü Novella Cəfəroğlu deyib. Onun sözlərinə görə, yaxın vaxtlarda iki dəfə əfv sərəncamının imzalanacağı gözlənilir:

“İşçi Qrupdan Əliməmməd Nuriyev oradadır. Bilirik ki, əfv sərəncamı imzalanacaq. Özü də deyəsən, bu il iki dəfə məhbusların bağışlanılması gözlənilir. Böyük amnistiya da olacaq. Biz belə eşitmişik”.

Hüquq müdafiəçisi əfv və amnistiya ilə bağlı müəyyən detalları da açıqlayıb:

“Yəqin ki, böyük amnistiya qələbəyə görədir. Biz öz siyahımızı Əfv Komissiyasına göndərmişik. Siyahıya 38-39 nəfərin adı salınıb. Kimlərin azad olunacağı Əfv Komissiyasının Prezidentə təqdim etdiyi siyahıdan asılıdır. Xeyli məhbusun azadlığa çıxacağını gözləyirik. Çünki qələbə hamını çox şeyə vadar edə bilər”.

COMMENTS