Əməkdar artist işdən çıxarıldı

Əməkdar artist Ayşad Məmmədov Akademik Milli Dram Teatrındakı işindən azad olunub.

Oxu.Az-ın APA-ya istinadla məlumatına görə, aktyor işdən öz ərizəsi əsasında çıxarılıb.

“Aktyor bu barədə teatr rəhbərliyinə müraciət edib və rəhbərlik onun istəyini qəbul edib. Ayşad Məmmədovla bağlanmış əmək müqaviləsinə xitam verilib”, – deyə teatrdan bildirilib.

Xatırladaq ki, Ayşad Məmmədov Milli Şuranın son mitinqində iştirak etmişdi və onun işdən çıxarılmasının bununla bağlı olduğunu deyilir.

Dosye.az

COMMENTS