Ərəb şahzadəsi Azərbaycana gəldi

Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi Abdullah Bin Musaad Bin Əbdüləziz birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün bu gün Azərbaycana gəlib.

ANS PRESS-in məlumatıhna görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Səudiyyə Ərəbistanının şahzadəsini Azərbaycan Xarici İşlər Nazirliyinin və Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, birinci Avropa Oyunları ilə əlaqədar bu gündən başlayaraq, Azərbaycana dövlət və hökumət başçıları, nümayəndə heyətlərinin rəhbərləri gəlməkdədir. Onların 15-20 nəfəri dövlət və hökumət başçısı, 35-40 nəfər isə dövlətləri təmsil edən yüksək vəzifəli hökumət nümayəndəsi olacaq.

COMMENTS