Ərdoğan: “Sübut eləsələr, gedəcəyəm…”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir daha bəyan edib ki, əgər Türkiyənin İŞİD terror qruplaşmasından neft alması sübut olunsa, istefaya gedəcək. 
 
Musavat.com-un məlumatına görə, Ərdoğan Ankaranın kimdən neft aldığının məlum olduğunu söyləyib.
 
“Əgər onlar sübut eləsələr ki, Türkiyə İŞİD-dən neft alıb, əgər belə bir şey olubsa, mən prezident postunda qalmayacağam. Mən gedəcəyəm” – prezident qeyd edib.
 
“Türkiyənin neft aldığı ölkələr bəllidir: 1-ci yerdə Rusiya, 2-ci yerdə İran, 3-cü yerdə Azərbaycan, 4-cü yerdə Şimali İraqdır. Bundan başqa, biz Əlcəzairdən, Qətərdən və bəzən də Nigeriyadan neft alırıq. Biz qaçaqmalçıları tuturuq. Heç vaxt imkan vermərik ki, bizdə qaçaqmal nefti və qazı olsun” – Ərdoğan əlavə edib.

COMMENTS