“Əsəd devrilsə, İŞİD-in qarşısını ala bilməyəcəyik”

Fransalı siyasətçi Nicolas Dupont-Ayqnan İŞİD təhlükəsindən danışıb.

Axar.az xəbər verir ki, fransalı siyasətçi Suriya lideri Bəşər Əsədi İŞİD-lə mübarizədə əvəzsiz vasitə hesab edib. Onun fikrincə, Bəşər Əsəd devrilsə, İŞİD-in qarşısını almaq mümkün olmayacaq:

“Avropanın bu gün öhdəsindən gələ bilmədiyi miqrant fəlakətinin günahkarı elə Qərbin özüdür. Çünki bu gün baş verənlər Yaxın Şərqdə dünyəvi dövlətləri devirməyə hesablanmış neo-müstəmləkə siyasətinin təzahürüdür. Paris Suriya siyasətini təcili dəyişməlidir. Bəşər Əsədin dünyəvi ərəb millətçiliyinə söykənən rəhbərliyini devirmək siyasəti uğur gətirməyəcək”.

54 yaşlı siyasətçi tarixdən nümunə gətirərək neo-müstəmləkə siyasətinin iflas edəcəyini proqnozlaşdırıb:

“Öncə amerikalılar Səddam Hüseyni devirdi. Daha sonra fransizlar Qəzzafini yıxdı. Bütün bunlar neo-müstəmkələ siyasətinin nəticəsi oldu. Böyük dövlətlər çökdü, miqrant axını başladı. İndi də Yaxın Şərq İŞİD barbarlığının qurbanı olub. İraq və Liviyanın ardından eyni səhvi üçüncü dəfə Suriyada təkrarlamaq olmaz. Əsəd devrilsə, Livan da çökəcək. Yaxın Şərqdəki xristianlar yox olacaq. İŞİD qarşısıalınmaz qüvvəyə çevriləcək. Bütün bunlarla bərabər miqrat xaosu yaşanacaq”.

COMMENTS