Əsəddən Papaya: Baş verənlərdən xəbəriniz yoxdur!

Əsəddən Papaya: Baş verənlərdən xəbəriniz yoxdur!

Vatikanın baş verənlərlə bağlı tablonu tam görmədiyini sezdim. Bu, gözlənən bir şeydir, çünki Qərb mediası “yaxşı insanları öldürən pis hökumət”dən bəhs edir. Bu yanlışdır.

Axar.az xəbər verir ki, bu sözləri Suriya Prezidenti Bəşər Əsəd Roma Papası Fransiskin məktubuna cavabında bildirib.

Əsəd qeyd edib ki, hər bir şeydən öncə mülki əhalinin həyatına önəm verir:

“Əgər insanlar sənə qarşıdırsa, bu bölgəni qurtarmaq mümkün deyil. Bölgənin hərbi yolla xilas edilməsində ən önəmlisi xalqın dəstəyinə sahib olmaqdır”.

Qeyd edək ki, cari ilin iyulun 22-də Roma Papası Fransisk Əsədə göndərdiyi məktubunda Suriyada, xüsusilə də İdlibdəki humanitar vəziyyətdən dərin narahat olduğunu bəyan etmişdi.

DOSYE.ORG

COMMENTS