Əsgərlərimizin öldürdüyü erməni snayperin fotosu yayıldı

Aprelin əvvəlindən başlayan hərbi əməliyyatlar zamanı xeyli sayda erməni zabit və əsgərinin öldürüldüyü Azərbaycan Müdafiə Nazirliyi tərəfindən də təsdiqlənmişdi.

Dosye.org xəbər verir ki, istər Füzuli-Cəbrayıl, istərsə də Ağdərə istiqamətində gedən döyüşlərdə xeyli sayda öldürülən erməni əsgərlərinin meyitləri bu gün döyüş ərazilərindədir. Və Azərbaycan tərəfi onları Ermənistana verməyə hazır olduğunu bəyan edir.

Dosye.org xəbər verir ki, dünən öldürülmüş daha bir erməni əsgərinin, daha doğrusu, snayperin fotoları yayılıb. Onun Füzuli istiqamətində gedən döyüşlərdə əsgərlərimiz tərəfindən öldürüldüyü bildirilir. İddia olunur ki, öldürülmüş erməni snayperin adı artıq Müdafiə Nazirliyi tərəfindən dəqiqləşdirilib. Onun «aktiv»ində Azərbaycan əsgərinin olub, olmadığı da dəqiqləşdirilir.

COMMENTS