10 saylı Regional Maliyyə Müfəttişliyinin rəisi Ədalət Nəbiyevdən dövlət qurumlarına ŞİKAYƏT

Azərbaycan Respubilkasının Prezidenti

İlham Əliyev Cənablarına

Surəti: Azərbaycan Respublikasının birinci

vitse-prezidenti Mehriban Xanım Əliyevaya

Surəti: Azərbaycan Respublikasının Maliyyə naziri

Samir Şərifov cənablarına

Surəti:  Baş prokuroru yanında Korrupsiyaya qarşı 

Mübarizə Baş İdarəsinin Rəisi

Kamran Əliyev cənablarına

Laçın rayon sakini hal-hazırda Ağcabədi rayon Taxta-Körpü ərazisində Şeylanlı Obasında Müvvəqəti Məskunlaşmış  Xudayarov Baxşeyiş Salyan oğlu tərəfindən 

                                                                        ƏRİZƏ

Bildirirəm ki, Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Maliyyə Müfəttişliyinin  rəisi Ədalət Nəbiyevin rəhbərliy etdiyi yoxlama komissiyasının üzvləri üç aydan çoxdur ki,  Laçın rayon orta məktəblərində 12 ilin maliyyə yoxlamaların apararkən  ciddi maliyyə pozuntularına yol  verildiyi aşkarlanıb.Küllü miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktların ört-basdır etmək üçün Ədalət Nəbiyev «Maliyyə Naziri Samir Şərifova və Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifova çatacaq»  hesab adı altında məktəb direktorlarından təsil şöbəsinin müdri Nicat  Həsənovun vasitəçiliyi ilə rüşvət yığır. Məktəb direktorları onlardan tələb olunan  yüksək məbləğdə rüşvəti özləri ödəmək iqtidarında olmadıqları üçün kütləvi şəkildə müəllimlərdən  toplanılır.

Məsələn: Ədalət Nəbiyevin rəhbərliy etdiyi yoxlama komissiyası Laçın rayon peşə məktəbində apardığı yoxlama zamanı 110 000 manat dövət vəsaitinin mənimsənilməsi  faktları aşkar olub.Lakin Ədalət Nəbiyev 60 000 rüşvət qarşılığnda bu faktları ört-basdır edib.

Ədalət Nəbiyev aldığı yüksək məbləğdə rüşvətin izini itirmək üçün 10 il ərzində 100 000-150 000 manat dövlət vəsaiti mənimsənilmiş məktəbələrə  4000-5000 manat cərimə yazmaqla özünü sığortalayır.

Ədalət Nəbiyev Laçın rayon təhsil şöbəsinin tabeliyində olan 111 orta məktəbdən 12-də ümumiyyətlə yoxlama aparmayıb çünkü bu məktəblərin direktorları Laçın rayonunda yüksək vəzifəli məmurların qohumlarıdı tapşırılıblar.

Cənab Prezident sizin göstərişiniz  əsasında Laçın rayon Təhsil Şöbəsində Azərbaycan Respublikasının Ali audit orqanı Hesablama Palatası yoxlama aparsa 10 il ərzində dövlətin 10 milyondan çox vəsaitinin talan edilib, təyinatı üzrə xərclənmədiyi və Ədalət Nəbiyevin dövlətə xəyanət etdiyi aşkar olar. Hörmətli Cənab prezident yazdığım faktlar təsdiqin  Tapmadığı halda qanun qarşısında cavab verməyə hazıram.

Xudayarov B.                

COMMENTS