104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputatlığa namizəd

104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputatlığa namizəd

Rəhimzadə Sənan İman oğlu 1991-ci ildə Gədəbəy rayonunun Pərizamanlı kəndində anadan olmuşdur.Ali təhsillidir.Azərbaycan Texniki Universitetinin “Mühəndis iqtisadiyyatı və idarə edilməsi” ixtisasının bakalavr və Sumqayıt Dövlət Universitetinin “İnnovasiyaların və layihələrin idarə edilməsi” ixtisasının magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirib.

104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputatlığa namizəddir.

Seçki platforması:

Seçicilər bir gənc namizəd kimi mənə etimad göstərərək MİLLİ MƏCLİS-ə üzv seçərlərsə, 104 saylı Gədəbəy –Tovuz seçki dairəsini əhatə edən ərazinin problemlərinin həllinə nail olmağa qətiyyətlə çalışacağam.Deputatlıq fəaliyyətim ərzində aşağıdakı əsas məsələləri diqqət mərkəzində saxlayağam. ✓ Seçicilərlə davamlı görüşlərdə iştirak etmək ✓ Seçiciləri maraqlandıran məsələlərin gündəmə gətirilməsi ✓ Regionun və ümumilikdə ölkənin inkişafına dəstək olmaq ✓ Regionun iqtisadiyyatının inkişafı

✓ İnsfrastruktur layihələrinin hazırlanması və qəbulu üzrə məsələ qaldırılması. ✓ Aqrar sahənin inkişafına nail olmaq. ✓ Təhsil sistemi və bu sahədə çalışan işçilərin sosial təminatinin yaxşılaşdırıması. ✓ Səhiyyə sistemi və kəndlərdə tibb məntəqələrinin zəruriliyi məsələsi. ✓ Turizmin,xüsusən kənd turizminin inkişafı ✓ Gənclərə dəstək olmaq,onların sosial təminatinin yaxşılaşdırıması məsələsinin parlament qarşısında qaldırılması. ✓ Sosial məsələlərin həllinə nail olmaq,təqaüdlərin ,sosial müavinətlərin artırılması, yeni iş yerlərinin yaradılması məsələsinin qaldırılması. ✓ Digər infrastruktur sahələrinin inkişafına nail olmaq. Hörmətli seçicilər, Siz məni Milli Məclisə üzv seçsəniz, bu bölgənin yetirməsi olaraq platformamda üzərimə götürdüyüm öhtəliklərin yerinə yetirilməsi ilə qane olmayaraq deputat səlahiyyətlərinin mənə verdiyi imkanlardan istifadə edərək mənim üçün doğma olan kəndlərin sakinlərini maraqlandıran və narahat edən digər məsələlərin həllinə də maksimum dərəcədə nail olacağıma söz verirəm.

Bu gün 103 saylı Gədəbəy-Tovuz seçki dairəsi üzrə deputatlığa namizəd Rəhimzadə Sənan İman oğlunun seçicilərlə növbəti görüşü keçirilib.

Görüşdə çıxış edən Sənan Rəhimzadə ölkə Prezidenti cənab İlham Əliyevin apardığı böyük islahatlardan və bu islahatların insanların rifahının güclənməsinə olan təsirindən, həmçinin icra hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarında aparılan dəyişikliklərdən söz açaraq, bunun Parlamentimiz üçün də labüd olduğunu diqqətə çatdırıb. Daha sonra seçiciləri 9 fevral Parlament seçkilərində aktiv olmağa və ona səs verməyə çağırıb. Sənan Rəhimzadə platformasında nəzərdə tutulan məsələləri seçicilərin diqqətinə çatdırıb. Deputatlığa namizəd bildirib ki, harada və hansı işlə məşğul olmasından asılı olmayaraq daim doğma seçiciləri ilə bir yerdə olacaq, onların qaldırdığı məsələlərə diqqətlə yanaşacaq.

Görüşün sonunda sakinlərin problemləri, şikayət və təklifləri dinlənilib.

DOSYE.ORG

COMMENTS