11 yaşlı qızını nişanlayan ata həbs olundu – VİDEOLAR

11 yaşlı qızını nişanlayan ata həbs olundu – VİDEOLAR

Gürcüstanın Qardabani rayonun Soğanlı kəndində yaşayan Azərbaycanlı ailənin 11 yaşlı qızını 15 yaşında oğlana nişanlaması həm Gürcüstanda həm də Azərbaycanda böyük rezonans doğurub.

Mediada və sosial şəbəkələrdə yayılan video görüntülərdən sonra uşağın valideynləri haqqında sərt tədbir görülməsi tələb edilib.

Artıq Gürcüstan polisi hərəkətə keçib. Belə ki, 11 yaşlı qızın atası həbs edilib. Gürcüstan qanunvericiliyinə görə həmin şəxsə 4 il həbs düşür.

 

COMMENTS