“130 təyyarəmiz, 200-dən çox gəmimiz, minlərlə qoşun hazırlıq vəziyyətindədir” – NATO-dan Rusiyaya ismarış

“130 təyyarəmiz, 200-dən çox gəmimiz, minlərlə qoşun hazırlıq vəziyyətindədir” – NATO-dan Rusiyaya ismarış

“Rusiyada anlaşılmazlıq olmasın deyə bildirək ki, 130 təyyarəmiz, uzaq şimaldan Aralıq dənizinədək 200-dən çox gəmimiz, minlərlə əlavə qoşun yüksək hazırlıq vəziyyətindədir”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu NATO-nun Ba katibi Yens Stoltenberq bildirib.

“NATO-nun məsuliyyəti gərginliyin və münaqişənin Ukrayna sərhədlərini aşmasının qarşısını almaqdan ibarətdir”, – Baş katib qeyd edib.

COMMENTS