17 kiloqram marixuananı satarkən tutuldu

Dosye.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zərdab rayon sakini, əvvəllər 4 dəfə məhkum olunmuş, 1961-ci il təvəllüdlü Qəhrəman Əliyev 17 kiloqram marixuananı satarkən cinayət başında tutulub. 

Q. Əliyev həmin narkotik vasitəni satın məqsədi üçün özü əkib-becərdiyini etiraf edib. 

Faktla bağlı araşdırma aparılır.

COMMENTS