2020-ci il, 9 fevral, bazar günü…

2020-ci il, 9 fevral, bazar günü…

Dövlət başçısı İlham Əliyev  Milli Məclisin buraxılması haqda sərəncam verdi və növbədənkənar yeni seçkilərin   vaxtını təyin etdi – reaksiyalar

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncam imzalayıb. Milli Məclisə növbədənkənar seçkilər 2020-ci ilin fevral ayının 9-na təyin edilib.

YAP icra katibi Əli Əhmədov  prezidentin sərəncamından sonra özünün facebook səhifəsində bütün siyasi partiyalara növbədənkənar parlament seçkilərində iştirak etməklə bağlı çağırış edib: “Azərbaycan cəmiyyəti geniş və əhatəli islahat və yeniləşmə ab-havasında yaşamaqdadır. Qarşıdan gələn parlament seçkiləri bu ab-havanı formalaşdıran vacib səbəblərdən biridir. Partiya adını daşıyan bəzi qruplar isə  seçkiyə getmək və ya getməmək müzakirələri aparırlar. Söhbət radikallardan gedir.

9 fevralda seçkilər ile ilgili görsel sonucu

Dəfələrlə qeyd edilən tezisi bir daha vurğulamağa ehtiyac yoxdur ki, hər bir siyasi partiyanın mövcudluğunu şərtləndirən əsas amil onun seçkilərdə iştirakıdır. Seçkilərdə iştirak etməmək, yaxud onu boykot etməyə çağırış, ən yumşaq şəkildə desək, partiyanın yerinə yetirməli olduğu başlıca vəzifəsinə biganə yanaşma nümunəsidir. Bunun birinci səbəbi boykota çağırış səsləndirən partiyaların ictimai dayağının, sosial bazasının zəifliyi, bəlkə də ümumiyyətlə olmamasıdır. Son dövrlərdə Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Prezidentin və ümumiyyətlə hakimiyyətin ictimai dəstəyini daha da artırıb. Bir neçə həftə əvvəl aparılmış sosioloji sorğunun nəticələri deyilənləri sübuta yetirir. Müxalifətin reytinqi isə aşağı düşməkdə davam etməkdədir. Deməli, radikalların az-çox uğurlu sayıla biləcək seçki kampaniyası aparmaq imkanları getdikcə məhdudlaşır. İndi onlara, necə deyərlər, sifətlərini saxlamaq naminə bəhanə axtarmaqdan daha uğurlu variant qalmır. Belə bir bəhanəni isə onlar yenə də iqtidara böhtan atmaqda, guya ölkədə seçki mühitinin olmamasında görürlər və yerinə yetirilməsi bir çox səbəblərdən mümkün olmayan şərtlər irəli sürürlər. Məsələn, radikalların irəli sürdüyü bəzi şərtlərin konstitusiyada və Seçki Məcəlləsində dəyişikliklər edilməsini nəzərdə tutduğunu göstərmək yetər ki, seçkilərin demək olar ki, artıq elan edildiyi bir vaxtda bu şərtlərin nə qədər qeyri-ciddi, əslində isə bəhanə olduğu dərk edilsin.

9 fevralda seçkilər ile ilgili görsel sonucu

Vurğulanmalı digər motiv isə radikalların, ümumiyyətlə, siyasi mübarizə forması kimi seçkilərdə maraqlı olmaması göstərilməlidir. Radikalların siyasi fəlsəfəsi və mədəniyyəti gərginlik və qarşıdurma yaratmaq üzərində qərarlaşıb və hakimiyyət uğrunda mübarizədə sivil formalardan istifadə etmək istəyindən uzaqdır. 30 il ərzində onların siyasi mübarizəsinin forma və üsulları dəyişməyib və yenə də XX əsrin 90-cı illərinin əvvəllərində istifadə etdikləri taktikadan kənara çıxa bilmirlər. Lakin zaman dəyişib, dövlət və hakimiyyət güclənib, əhalinin demokratiya baxışları və siyasi mədəniyyəti əhəmiyyətli dərəcədə yüksəlib”.

Əli Əhmədov qeyd ile ilgili görsel sonucu

Əli Əhmədov qeyd edib ki, buna görə 30 il əvvəlki metodlar, sadəcə olaraq, işə yaramır: “Boykot çağırışına gəldikdə isə radikalların yetərincə sosial dayağı olsaydı, seçicilərin səsini qazanmaq haqqında düşünərdilər. Əsl həqiqət ondan ibarətdir ki, radikallar cəmiyyət tərəfindən boykot olunub və onların çağırışını kimsə nə eşidir, nə də eşitmək istəyir.

Yeni Azərbaycan Partiyası bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka, öz gücünü sınamağa, xalqla səmimi dialoq şansından faydalanmağa çağırır. İstənilən halda seçkilərə qatılmaq partiya üçün faydalıdır. Mən bunu Yeni Azərbaycan Partiyasının çoxillik seçki təcrübəsinə istinadən deyirəm. Kimsə bu şansdan istifadə etmək istəmirsə, demək, niyyəti məkrlidir”.

Elçin Mirzəbəyli ile ilgili görsel sonucu

BAXCP sədrinin müavini Elçin Mirzəbəyli isə “Yeni Müsavat”a bildirdi ki, seçkinin 9 fevrala təyin edilməsində nə hüquqa zidd, nə də seçici fəallığına mənfi təsir edəcək heç bir amil yoxdur: “O ki qaldı bəzilərinin seçkinin qış ayında keçirilməsinin guya seçici fəallığına təsir edəcəyi barədə iddialarına, seçkilər hava  proqnozuna görə yox, konstitusiyaya, Seçki Məcəlləsinə görə təyin olunur. Azərbaycanda əksər seçkilər payız aylarında keçirilib və o zaman da heç də havaların isti olduğu dövr deyil. Lakin seçici fəallığı həmişə yüksək olub”.

AĞ Partiyanın sədri Tural Abbaslı ile ilgili görsel sonucu

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, əslində gözlənilən tarixlərdən biri də fevral idi. Odur ki, AĞ Partiya üçün o qədər də gözlənilməz olmadı: “Ümumiyyətlə isə hər partiya hər an seçkiyə hazır olmalıdır. Biz AĞ Partiya olaraq çalışmışıq ki, belə fövqəladə vəziyyətlərə hazır olaq. Məsələn, növbədənkənar prezident seçkilərində də biz qısa zamanda toparlandıq və 41 min imza topladıq. Düşünürəm ki, zamandan və imkanlardan düzgün istifadə etsək kifayət qədər vaxt var. Yəqin ki, sabaha AĞ Partiyanın İdarə Heyətinin növbədənkənar toplantısını keçirib müvafiq qərar verəcəyik. İstənilən halda vətənə, millətə xeyirli olsun”.

AMİP katibi Əli Orucov ile ilgili görsel sonucu

AMİP katibi Əli Orucov isə qeyd etdi ki, seçki qanunvericiliyində seçki kampaniyasının müddəti 60 gün nəzərdə tutulub. Prezident isə həm də qanunun bu tələbinə uyğun olaraq seçkininin gününü təyin edib: “Bu müddət azdır və seçki prosesini keyfiyyətli, uğurlu aparmaqda çətinliklər yaradır. Lakin bizə uyğun oldu-olmadı, artıq prezident növbədənkənar parlament seçkilərinin vaxtını verdiyi sərəncamla 9 fevral 2020-ci il tarixə təyin edib. Ona görə də çalışacağıq ki, seçki dövrünü yüksək səviyyədə təşkil edərək həyata keçirək. Əsas məsələ vaxt deyil, hamı üçün bərabər rəqabət şəraiti və əlverişli  seçki mühitinin yaradılmasıdır. Saxtakarlığın olmaması, seçkilərə inzibati nəzarətə və qanunsuz müdaxilələrə yol verilməməsidir.  İnsanlarda seçkilərə yenidən tədricən inam yaranmağa başlamaqdadır. Bu cücərməkdə olan inamın və etimadın  məhv edilməsinə qətiyyən yol verilməməlidir”.

AVP sədrinin müavini Fikrət Yusifov ile ilgili görsel sonucu

AVP sədrinin müavini Fikrət Yusifov isə bildirdi ki, iki ay normal seçki kampaniyası aparmaq üçün kifayət qədər yetərlidir. Odur ki, seçkilərin gələn ilin fevral ayının 9-na təyin edilməsinin tam doğru bir seçim olduğuna şübhə yoxdur.

Seçki kampaniyasına yəqin ki, dekabrın 11-dən start veriləcək.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

COMMENTS