225 saylı orta məktəbdə tədris dayandırıldı

Oktyabrın 19-u axşam saatlarında hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Bakı şəhərindəki 225 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi sıradan çıxıb.

 

Bununla əlaqədar olaraq, bu gün təhsil müəssisəsində tədris müvəqqəti dayandırılıb. Modern.az xəbər verir ki, bu haqda Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov özünün feysbuk səhifəsində yazıb.

“Dünən məktəb rəhbərliyi tərəfindən müəllim və şagirdlər bununla bağlı məlumatlandırılıb. Hazırda məktəbdə Təhsil Nazirliyinin nümayəndələri və müvafiq ekspertlər araşdırma aparır. Gün ərzində tədrisin bərpa olunması vəziyyəti ilə bağlı əlavə məlumat veriləcək”.

COMMENTS