26600 abituriyent ali məktəblərdən ixtisas seçib

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi davam edir.

 

Dosye.az Modern.az-a istinadən xəbər verir ki, avqustun 1-ə kimi 26600 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçib, öz elektron ərizəsinə daxil edərək təsdiqləyib.

 

İyulun 24-dən başlayan ixtisas seçimi 5 avqust saat 23:59-dək davam edəcək. İxtisas seçimini yekunlaşdırmayan abituriyentlər müsabiqədə iştirak edə bilməyəcəklər.

COMMENTS