3 uşağı ilə birgə itkin düşən qadından XƏBƏR VAR

3 uşağı ilə birgə itkin düşən qadından XƏBƏR VAR

Cəlilabadda 3 uşağı ilə birgə itkin düşən qadın tapılıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qadın və uşaqları Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, Cəlilabad rayon Ləzran kənd sakini, 1995-ci il təvəllüdlü Şəfəq Əliağa qızı Kərimova mart ayının 23-də axşam saatlarında 3 azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmamışdı.\\Oxu.Az

COMMENTS