30 saylı Suraxanı birinci seçki dairəsində nə baş verir?

30 saylı Suraxanı birinci seçki dairəsində nə baş verir?

Xəbər verdiyimiz ki, 30 saylı Suraxanı birinci seçki dairəsindən xeyli sayda şikayət alırıq. Vətəndaşlar iddia edir ki, Suraxanı rayon İcra Hakimiyyətinin qeyri-rəsmi tapşırığı ilə vətəndaşların sənəd bilgiləri toplanılır. Bu bilgilər seçki günü YAP namizədinin xeyrinə istifadə olunacaq.

TəhsilPress saytı olaraq məsələ ilə bağlı kiçik araşdırma apardıq.

Suraxanı rayon İcra Hakimiyyəti mətbuat xidmətinin rəhbəri Barxudar Barxudarov bildirir ki, bu məsələ bizim bilgimiz xaricindədir və həqiqətə uyğun deyil. Əgər bir sübut olarsa biz rəsmi şəkildə cavab verməyə hazırıq.

İddiada qeyd olunur ki, səslər keçmiş deputat Sevinc Fətəliyeva üçün toplanılır. Sevinc xanım isə bildirir ki, mən hər gün qərargahdayam, öz işlərimlə məşğulam, belə bir məsələ ola bilməz.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasına artıq rəsmi sorğu göndərmişik, gün ərzində məsələ diqqətlə araşdırılıb bizə cavab veriləcək.

Məsələ diqqətimizdədir.

DOSYE.ORG

COMMENTS