4000-dən çox miqrant xilas edildi

Aralıq dənizində bir sutka ərzində keçirilmiş 22 xilasetmə əməliyyatı zamanı 4 000-dən çox afrikalı miqrant xilas olunub.

ANS PRESS-in “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, ümumilikdə balıqçı qayıqlarından 4 243 nəfər xilas olunaraq İtaliyanın liman şəhərlərinə gətirilib. Xilasetmə əməliyyatları İtaliya hərbçilərin dəstəyi ilə Almaniyanın və İtaliyanın yük gəmiləri tərəfindən həyata keçirilib.

Bir həftə əvvəl isə bir gündə 900 miqrant xilas olunmuşdu.

Bir müddət əvvəl gəminin qəzaya uğraması nəticəsində 800 miqrant ölmüşdü. Bundan sonra Avropanın müvafiq qurumları dənizdə xilasetmə əməliyyatlarını aktivləşdirməyi qərara alıb.

COMMENTS