Aqrolizinqin Saatlı Regional Bölməsinin rəhbərindən “JEST”

Aqrolizinqin Saatlı Regional Bölməsinin rəhbərindən “JEST”

Dosye.org saytın elektron ünvanına Aqrolizinqin Saatlı Regional Bölməsinin rəhbəri Cabir Məmmədovla bağlı şok doğuracaq məlumat daxil olub.

Belə ki, regional bölməsinin rəisi rəhbər olduğu müəssisədə qanunsuzluqlarla yanaşı məmura yaraşmayan addımlar atıb. Əslində, bəzi məmurların özbaşınalıqları adı hala evrilib. Bütün bunlara rəğmən ölkə başısı cənab İlham Əliyev məmurlara və onları himayəsində olan övladlarına son xəbərdarlıqları etməklə yanaşı bir necə məmura layiqli cavab verib. Mənbəmizin Saatlı rayonundan verdiyi məlumtlara inansaq, Aqrolizinqin Saatlı Regional Bölməsinin rəhbəri Cabir Məmmədov özünə yaxın “xanım jurnalistlərin” dəstəyi ilə Bakı şəhərindən Saaatlı rayonuna bir neçə gözəgəlimli “xanim jurnalistləri” dəvət edir. Məqsədli dəvətin iki versiyadan ibarət olduğun söyləyə bilərik. Necə deyərlər, “od olmayan yerdən tüstü çıxmaz”. Birinci versiya ondan ibarətdir ki, C. Məmmədov “qonaq jurnalistlərin” dəstəyi ilə rayonda hökmüranlığı ələ almaq və bununlada məmurları daim təziyiq altında saxlamağa çalışsın. İkinci versiya ondan ibarətdir ki, Cabir müəllim “xanım jurnalistlərlə” dərdləşir və onlardan təsəlli alır. Məsələnin tam araşdırılması üçün əməkdaşlarımız Saatlı rayonuna ezam olunub. Araşdırmalarımız davam edir. Bizi izləməyi unutmayın…

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

DOSYE.ORG

COMMENTS