6 qat dünya çempionu irqçilik əleyhinə mitinqdə iştirak edib

6 qat dünya çempionu irqçilik əleyhinə mitinqdə iştirak edib

“Formula 1” üzrə 6 qat dünya çempionu Lüis Hemilton Britaniyanın paytaxtı Londonda irqçiliyə qarşı mitinqdə iştirak edib. 

“Report” xəbər verir ki, britaniyalı pilot mürəkkəb və multikultural dünyada bərabərliyi təbliğ edən təşkilat yaratdıqlarını elan edib.

Hemilton Krallığın Mühəndislik Akademiyası ilə birlikdə əlverişsiz iqtisadi və sosial şəraitdə olan azlıqların təbiət elmləri, texnologiya, mühəndislik və riyaziyyatla bağlı bilikləri öyrənmələrini asanlaşdırmaqda vasitəçi olmaq niyyətindədir.

Qeyd edək ki, daha əvvəl Hemilton ulduz idmançıları müasir cəmiyyətdəki irqçilik problemi ilə bağlı açıq şəkildə mövqelərini bildirməyə çağırıb. 

DOSYE.ORG

COMMENTS