9 aylıq hamilə arvadını balkondan ataraq xilas etdi – VİDEO

9 aylıq hamilə arvadını balkondan ataraq xilas etdi – VİDEO

Kahramanmaraşda zəlzələ zamanı ər 9 aylıq hamilə arvadını mənzilin eyvanından ataraq həyatını xilas edib. 

Bakupost.az bildirir ki, zəlzələdən iki gün sonra İstanbulda xəstəxanada doğum edən Tuba Aktaş “Gecə saat 04:16 radələrində ev titrəməyə başladı. Evimiz birinci mərtəbədə olduğu üçün dərhal eyvana qaçdıq, həyat yoldaşım məni oradan yerə atdı. Aşağı yıxılanda elə bildim ki, qarnımdakı körpəni itirmişəm. Binadan bir az uzaqlaşan kimi bina çökdü, bütün qonşularımız dağıntılar altında qaldı. Sonra ağrılarım başladı və xəstəxanaya getdik. Körpəmizin vəziyyətinin yaxşı olduğunu öyrəndik. Nə edəcəyimizi bilmədik”, – dedi.

Zəlzələdə hamilə arvadını evin eyvanından ataraq xilas edən Murat Aktaş isə bunları deyib: “Gecə növbəsində işlədiyim üçün evə təzə gəlmişdim, yuyunmağa gedərkən zəlzələni hiss etdim. Dərhal arvadımı balkona çıxarıb aşağı atdım, sonra da qapıdan çıxdım. Birinci mərtəbədə yaşadığımız üçün qaça bildik, amma bizdən başqa heç kim qaça bilmədi, hamısı uçmuş binanın altında qaldı. Həyat yoldaşımı evimizin yaxınlığındakı uşaq bağçasına apardım və iki gün orada qaldıq, sonra doğuşa yollandıq və bu xəstəxanaya gəldik və oğlumuz burada sağlam doğuldu”.

COMMENTS