Vilayət Eyvazov DİN-nin məşhur simalarından birini təqaüdə göndərdi – FOTO

Vilayət Eyvazov DİN-nin məşhur simalarından birini təqaüdə göndərdi – FOTO

Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini, polis polkovniki Rəhim Novruzov vəzifəsindən azad edilib.

DOSYE.ORG Qafqazinfo-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə R.Novruzov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Qeyd edək ki, R.Novruzov uzun illər daxili işlər orqanlarında xidmət edib. O, xeyli müddət Laçın və Cəlilabad rayonlarının polis rəisi vəzifəsini tutub.

COMMENTS