“AAAF Park” 2 yaşlı uşağı olan ailəni kücədə qoydu

Son zamanlar “AAAF Park” yaşayış kompleksi ilə bağlı şikayət xarakterli məlumatlar səngimək bilmir. Məlumatların əksəriyyəti şirkət rəhbərliyinin vətəndaşları aldatması və bu kimi xarakter daşıyır.

“AAAF Park”-ın növbəti “qurban”ı Aktual.az-a başına gətirilənlərdən danışıb. Vətəndaş Elmin Şirinov əməkdaşımızla söhbəti zamanı bildirib ki, “AAAF Park” 6 aydır onu aldadır:

“Bu ilin, yəni, 2014-cü il fevral ayının 2-də “AAAF Park” yaşayış kompleksinin VİP məhəlləsində yerləşən 9-cu binada mənzil üçün 35 000 AZN ilkin ödəniş etmişəm. Şirkətin kampaniyasına əsasən, qalan məbləğ 3 il ərzində ayda 278 AZN ödəmək şərti ilə razılaşdırılıb.

İndiyə qədər aylıq ödənişi vaxtında etmişəm. Mənə bildirdilər ki, bina bu ilin may ayında, ən geci isə, iyun ayında təhvil veriləcək. Artıq 6 aydır məni aldadırlar. Hazırda yoldaşım və iki azyaşlı övladımla kirayədə qalıram. Evin təmiri üçün saxladığm pulu da şirkətin məni aldatması səbəbindən kirayələrə xərcləmişəm. Aldığım maaşla isə ailəmi dolandırmağa çalışmışam.

Dəfələrlə “AAAF Park”-a müraciət etmişəm, hər dəfə” bu gün”, “sabah”- deyib məni aldadıblar. Deyirlər ki, Fövqəladə Hallar Nazirliyi binanın işini dayandırıb.Bizlik heç bir şey yoxdur.Mənim müqaviləm isə “AAAF Park”-ladır, FHN-lə yox. Qalmışam çıxılmaz vəziyyətdə”.

Məsələ ilə bağlı “AAAF Park”-la əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmadı. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Mövzuya yenidən qayıdacağıq…

COMMENTS