ABŞ əfqan ordusunu vurdu: 14 ölü

NATO təyyarələri səhv koordinasiya nəticəsində Əfqanıstan ordusuna aid hərbi bazanı bombalayıb.

Axar.az xəbər verir ki, hadisə nəticəsində 14 əfqan hərbçisi həlak olub.

Loqar əyalətində baş verən hadisə zamanı məqsəd Taliban terrorçularına zərbə endirmək olub.

NTV-nin məlumatına görə, əfqan səlahiyyətlilər istintaq başladığını bildirib.

İraqın Baraki Barak ərazisində bir müddət əvvəl də oxşar hadisə baş vermişdi. Həmin vaxt NATO qüvvələrinin hücumu nəticəsində 5 dinc, 6 nəfər isə əsgər olmaqla, 11 nəfər həyatını itirmişdi.

COMMENTS