ABŞ-a böyük dəstək: daha bir ölkə İŞİD-i bombalayacaq

Daha bir ölkə ABŞ-a İŞİD-ə qarşı hərbi əməliyyatlarda dəstək verəcək.

ABŞ-ın İŞİD-ə qarşı yaratdığı koalisiya günü-gündən böyüyür.

İngilitərə parlamenti Birləşmiş Krallığın İŞİD-ə qarşı hərbi əməliyyatlara qoşulmaqla bağlı təklifini qəbul edib. Məclisdə səsə çıxarılan təklifə 524 deputat “hə”, 43-ü isə “yox” cavabını verib.

Qeyd edək ki, İngiltərə hökuməti hərbi əməliyyatlara qoşulmaq üçün İraq hökumətindən rəsmi təklif gözləyirdi və bu həftə BMT-nin sessiyasında İraq hökuməti rəsmi olaraq İngiltərəni İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştiraka dəvət edib.(Axar.az)

COMMENTS