ABŞ-da polisin əlindən hər gün iki nəfər ölür

ABŞ-da polisin əlindən ölən insanların sayı rəsmi statiskanın göstərdiyi rəqəmi ikiqat üstələyir.

“Washington Post” qəzetinin məlumatına görə, bu ilin ilk 5 ayı ərzində polis tərəfindən 385 vətəndaş dünyasını dəyişib.

Polis tərəfindən öldürülənlərin arasınnda qaradərili Afrika mənşəli amerikalı vətəndaşların sayının qeyri-mütənasib dərəcədə yüksək olduğu diqqəti çəkib.

Hesabatda rəsmi statistik rəqəmlərin hüquq-mühafizə orqanlarının təqdim etdiyi məlumatlar əsasında tərtib olunduğu qeyd edilir.

Həmin rəsmi statistikaya əsasən, 2008-ci ildən ABŞ-da hər il polis əməkdaşlarının əlilə orta hesabla 400 vətəndaş öldürülüb.

Son zamanlar ölkədə ağdərili polis əməkdaşları tərəfindən bir neçə qaradərili vətəndaşın güllələnməsi küçə toqquşmaları, kütləvi etirazlar və siyasi qalmaqallara səbəb olmuşdu (BBC)

COMMENTS