ABŞ-dan Rusiyaya növbəti ittiham

ABŞ Dövlət Departamenti Rusiyanın Ukraynanın şərqindəki separatçılara silah tədarük etməkdə davam etdiyini bildirib.  
 
“Biz təsdiq edə bilərik ki, Rusiya son günlər ərzində əlavə tanklar, texnika, raket qurğuları və digər hərbi avadanlıq göndərib”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə brifinqdə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki bildirib.  
 

Onun sözlərinə görə, Rusiyanın taktiki qrupları bu günədək Ukrayna sərhədi boyunca cəmləşməkdə davam edirlər.

COMMENTS