ABŞ İraqa yenidən qoşun yeridir

ABŞ İraqa yenidən qoşun yeridir

ABŞ Prezidenti Barak Obama “İslam Dövləti” ekstremist qruplaşması ilə mübarizə aparmaq üçün İraq və Suriyada yerüstü hərbi əməliyyatlar keçirməyi planlaşdırmır.

 

Belə bəyanat Ağ Evdən gəlir. Pentaqondan edilən bəyanatlar isə fərqlidir.

Dosye.org Rusiya mətbuatına istinadən məlumatına görə, ABŞ-ın müdafiə naziri Çak Heygel regionda yerüstü əməliyyatları istisna etmir. İŞİD-ə qarşı hərbi əməlliyyatlar keçirilməsi ilə bağlı məlumat ilk dəfədir ki, səslənir. Bunu ilk dəfə Çak Heygel deyir.

İlkin mərhələdə ABŞ Azad Suriya Ordusundan 5 min nəfər döyüşçü hazırlamağı planlaşdırır. Bu məqsədlə Obama büdcədən yarım milyard vəsait istəyir.

COMMENTS