Abşeron rayon icra hakimiyyəti ilə bağlı məlumat özünü doğrultmadı

Abşeron rayon icra hakimiyyəti ilə bağlı məlumat özünü doğrultmadı

Son günlər bəzi saytlar Abşeron icra hakimiyyətinin bütün müavinlərinin həbs xəbəri ilə bağlı sil-silə məlumatlar yayımlayır. Maraqlı məqam ondan ibarətdir ki, həmən dezinformasiya xəbəri yayımlayan sayt ölkədə oxunaqlı və eyni zamanda kifayət qədər oxucu kütləsini cəlb edən xəbər portalıdır.

Əslində, dezinformasiya yaymaq və ictimayəti çaşdırmaq bir mənalı olaraq media üçün böyük biabırçılıqdır. Adını çəkmək istmədiyimiz sayt qeyd edir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Abşeron Rayon İcra Hakimiyyətinin binasında korrupsiyaya qarşı xüsusi əməliyyat keçirirlər. Hətda sayt əməliyyat zamanı rayon rəhbəri İradə Gülməmmədovanın bütün müavinlərinin saxlanıldığını vurğulayıb. Bu gün məsələ ilə bağlı mətbuat nümayindələri Abşeron rayon icra hakimiyyətində olumuş və bəzi məqamlara aydınlıq gətirmişdir. Belə ki,  bəzi saytların “İcra başçısının bütün müavinləri saxlanıldı” başlıqlı məqalə həqiqətə uyğun deyil və heç bir hüquq mühafizə orqan əməkdaşlarının Abşeron rayon icra hakimiyyətində araşdırma aparılmadığı məlum oldu.

Dosye.org olaraq bildirmək istəyirik ki, qərəzli və böhtan xarakterli məlumatların mətbuatda yayımlanması yol verilməzdir. Təəssüf hissi ilə qeyd edirik ki, hazırkı vəziyyət heç bir halda nəzərə alınmır. Nəzərinizə çatdıraq ki, bütün şəhər və rayonlarda olduğu kimi, Abşeron rayonunda da koronavirus pandemiyasına qarşı amansız mübarizə gedir. Rayon rəhbərliyi və ictimayət bu bəladan qurtulmaq üçün var-gücü ilə çalışır, karantin qaydalarına riayət edir.

DOSYE.ORG

 

COMMENTS