Abşeronda seçki BİABIRÇILIĞI: MSK fotosubutalara hansı reaksiyanı verəcək?

Abşeronda seçki BİABIRÇILIĞI: MSK fotosubutalara hansı reaksiyanı verəcək?

Ötən gün keçirilən Bələdiyyə seçkiləri bir çox hadisələrlə yadda qaldı.

Dosye.org-ın əməkdaşı 45 saylı Abşeron seçki dairəsinin 11 saylı seçki məntəqəsində olmuş və bir neçə qanun pozuntularını qeydə almışdır. Belə ki, 11 saylı seçki məntəqəsində müşahidəçilər heç bir qanun pozuntusuna etiraz etməməklə yanaşı, eyni zamanda qeydlər aparmaq üçün lazımı vasitələrdən istifadə etmirdilər. Bu da əlbətdə ki, müəllim kollektivindən təşkil edilmiş müşahidəçilərin olduğunu sübüt etdi. Əməkdaşımız müşahidəçilərdən brinə yaxınlaşaraq, hansı partiyanı və yaxud hansı qurumu təşkil etdiyini soruşur. Ağzına su almış “müşahidəçi” sualı qəbul edərkən sanki qəflət yuxusundan ayıldı. Cavabı isə olduqca gülünc bir obrazı xatırlatdı. “Partiya nədir? Qurum nədir? Mən özüm gəlmişəm”

Elman Elman Nigaran Nigaran adlı şəxsin şəkli.

Foto da gördüyünüz qadın müşahidəçilərə mane olurdu

Bundan sonra müşahidəçi qismində təmsil olunan əməkdaşımız foto da gördüyünüz xanımın mane olduğunu bildirərək məntəqənin sədrinə etiraz edir. Sədr isə sanki hazırlanmış senarı üçün lazımı işlər görmüşdü. Digər bir qanun pozuntusu isə Sumqayıt şəhər sakininin 11 saylı seçki məntəqəsinə gəlib səs verməyi diqqətimizdən yayınmadı.

-Hörmətli sədr, sizdən xahiş edirəm ki, qarşımızı kəsən xanım bizə mane olur. Göstəriş verəsiniz ki, bir az kənarda dursun. Səs verməyə gələn vətəndaşları aydın görmək olmur.

Sədr isə maraqlı cavab verir:

-O xanımı ora mən qoymamışam ki, məndə göstəriş verim. Xahiş edirəm mane olmayın.

Təbii ki, gördüyümüz mənzərə seçkinin saxtalaşdırılmış bir variantı idi.

Digər bir seçki məntəqəsində də eyni hadisələr qeydə alındı. 45 saylı Abşeron seçki dairəsinin 2 saylı seçki məntəqəsində isə tamam fərqli hadisələr baş verdi. Özünü Ədliyyə Nazirliyinin əməkdaşı kimi təqdim edən Aqil adlı şəxs əlində bir topa vərəqə götürərək, qurp-qrup vətəndaşlara paylayıb məntəqəyə dəvət edirdi. Müşahidəçi olmadığını görüb katibə etiraz etdildi. Lakin məntəqə sədri heç nə olmamış kimi fikrini yayındırırdı. Həmən şəxs hətta səsverməyə dəvət olunan vətəndaşlara vərəqədə kimə səsverəcəyini işarə edirdi.

Elman Elman Nigaran Nigaran adlı şəxsin şəkli.

Ədliyyə Nazirliyinin əməkdaşı seçkiyə müdaxilə edir

Elə məqamlar olurdu ki, Aqil özünü məntəqə sədri kimi hiss edir, sərbəst şəkildə məntəqəyə daxil olur və tərk edirdi. Əldə etdiyimiz fotolardan da aydın görünür ki, Ədliyyə Nazirliyinin əməkdaşı qanunu kobud şəkildə pozur. Daha bir maraqlı hadisə isə içəri daxil olan xanımın dialoqu oldu. Siyahıda adı olmayan vətəndaşların səsvermədə iştirakına etiraz edilməsinə baxmayaraq, içəri daxil olan xanım “müəllim mənə zəng etdi ki, mütləıq gəl, məndə gəlmişəm. Mənim başım çıxmır” sözündən sonra daha müşahidə etməyin heç bir mənası olmadığını görüb məntəqəni tərk etdik.

Beləliklə, keçirilən Bələdiyyə seçkiləri bəzi müəllimlər tərəfindən saxtalaşdırıldı.

DOSYE.ORG

Elman Elman Nigaran Nigaran adlı şəxsin şəkli.

Elman Elman Nigaran Nigaran adlı şəxsin şəkli.

COMMENTS