Abşeronda taksi sürücüsünü qarət edib döydülər

Abşeronda taksi sürücüsünü qarət edib döydülər

Abşeron qəsəbəsində naməlum şəxslər “London taksi”sinin sürücüsünə qarşı quldurluq edib.

Dosye.org-un  məlumatına görə, Sumqayıt şəhər sakini, 1970-ci il təvəllüdlü Əhmədov Nizami Fikrət oğlunun yol vərəqəsi ilə idarə etdiyi 10 TH 394 dövlət nömrə nişanlı avtomobilə Bakıda, “20 yanvar” dairəsində 3 nəfər naməlum şəxs əyləşərək Xırdalan şəhərinə getməyi sifariş verib. Avtomobili Xırdalan şəhərinin Adıgözəlov küçəsinə sürdürən həmin şəxslər orada sürücüyə zor tətbiq edərək döyüb, avtomobildən düşürüblər.

Daha sonra mütəşəkkil dəstə avtomobildə olan 63 manatı və dəyəri 100 manat olan “Samsung J-3” markalı mobil telefonu götürərək hadisə yerindən uzaqlaşıblar.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (Quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Dosye.org

COMMENTS