ADP çi xanım qaçırıldı

Azərbaycan demokrat partiyasının fəal üzvü olan Vüsalə Əlikramova naməlum şəxslər tərəfindən qara “ceep”markalı maşına basılaraq qaçılırılmışdır.

Bu barədə partiyaya məlumat verən partiyanın fəal uzvü olan eyni zamanda hadisə şahidi Tacəddin Lətifovun verdiyi məlumata görə,bu gün günorta vaxlarında Vüsalə xanımla partiyaya gələrkən partiya yaxınlığında qəfildən yanlarında saxlayan qara “ceep”markalı nömrəsiz maşından düşən 4 qolu zorlu şəxslər Vüsalə Əlikramovani zorla maşina basaraq ərazidən uzaqlaşdılar.

Hadisə şahidi olan eyni zamanda partiyanın fəal üzvü olan Tacəddin bəyin verdiyi məlumatda onuda vurğuladı ki,səs küyə ətrafdakı insanlar toplaşıb kömək etmək istəsələrdə,qolu zorlu şəxslər onlara yaxınlaşan insanlara biz hökumət adamlarıyıq bizə müdaxilə etməyin deyərək insanları da təhdid etmişlər.Vusalə xanımı maşına zorla mindirdikdən sonra isə həmən maşın ərazini surətlə tərk etdi.

Xatırladaq ki,Vüsalə Əlikramova Azərbaycan demokrat partiyasının fəal üzvüdür və eyni zamandada mətbuatda çıxan zaman zaman tənqidi yaziları ilə hökumətin korrupsioner siyasətini və hazırki iqtidarin gizli işlərini ifşa etməyə çalışmışdır.

Vüsalə Əlikramovanında elə bu səbəbdən siyası fəaliyətinə görə qaçrılması heçdə şübhə yaratmır.

COMMENTS