ADP-nin fəal üzvünün ailəsinə təzyiqlər və təhdidlər davam edir

ADP-nin fəal üzvünün ailəsinə təzyiqlər və təhdidlər davam edir

Başlıqda da qeyd edildiyi kimi Azərbaycan Demokrat Partiyasının (ADP) fəal üzvü olan Yunus Fəxrətdin oğlu Atakişiyevin ailə üzvlərinə təzyiqlər və təhdidlər hələ də davam edir.

15.01.2020-ci il tarixində dövlət tərəfindən təyin edilən bir neçə mülki geyimli şəxs qeyri-qanuni yolla Y.Atakişiyevin mənzilinə soxulublar. O zaman Y.Atakişiyevin anası və digər ailə üzvləri həmin mülki geyimli şəxslərin vəhşicəsinə davranışı nəticəsində xəsarət alıblar. Onlar öncədən Yunusu axtardıqlarını söyləmiş, ailə üzvlərinin də onun evdə uzun müddət olmadığını və onu uzun müddət görmədiklərini demələrinə baxmayaraq, evə zorla soxulan mülki geyimli şəxslər deyilənlərə məhəl qoymamışlar.

Xatırladaq ki, Azərbaycanda həyati-yaşam təhlükəsi olan Y.Atakişiyev bir neçə ildir ölkəni tərk etmək məcburiyyətində qalaraq, Avropada mühacir həyatı yaşayır. Sonda bunu da qeyd edək ki, Azərbaycanda dövlət tərəfindən siyasi fəalların ailə üzvlərinə və qohumlarına qarşı olan zorakılıq halları tez-tez baş verir.

 

 

DOSYE.ORG

COMMENTS