Əhmədzadənin işçisi yerindəcə yarım milyonu necə qazanır? – faktlar

Melorasiya və Su Təsərrüfatı ASC ölkənin əsas korrupsiya «dəliyinə» çevrilib

 

Mafisət Cəfərovun rəhbərlik etdiyi Pirsaat Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsi ailə şirkətinə çevrilib

Bu barədə PİA.AZ-a ünvanlanan məlumatda bildirilir ki, Pirsaat Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsində çalışanlar əsasən idarə müdirinin qohumları, tanışlarından ibarətdir.

Daxil olan məlumata öz qohumlarının və tanışlarını işə alan Mafisət Cəfərov onların maaşını da özü alır. Belə ki, idarə müdirinin qohumları və tanışları işə çıxmır və sosial təminatları ilə kifayətlənirlər. Mafisət Cəfərov isə işçilərinin maaş kartlarını özündə saxlayır və hər ay həmin plastik kartlardan çıxardığı maaşları mənimsəyir.

Mənbə bildirir ki, əslində Pirsaat Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsinin faliyyəti yoxdur. İdarə təqribən 120 min hektar ərazini su ilə təmin etməlidir. Bunu isə yeraltı borular vasitəsilə həyata keçirməlidir. Sovet dönəmində torpağın altından çəkilən metal borular isə artıq neçə ildir ki, kəsilib satılıb. Bu üzdən Pirsaat Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsi on ildən artıqdır ki, heç bir ərazini su ilə təmin etmir. Amma sənədlərdə yeraltı borularda, idarənin balansında olan digər avadanlıqların varlığı göstərilir.

Amma Mafisət Cəfərovun korrupsiyası «ölü can»ları vasitəsi ilə dövlət büdcəsindən külli miqdarda vəsait mənimsəməsi ilə bitmir. Daxil olan məlumatda göstərilir ki, Mafisət Cəfərovun əsas gəlir mənbəyi və korrupsiya «quyusu» idarəyə ayrılan texnika və bu texnika üçün ayrılan yanacaq, həmçinin ehtiyat hissələridir. Belə ki, iddiaya əsasən Mafisət Cəfərov ehtiyat hissəlirini Hacıqabulda yerləşən şəxsi dükanında və ayrılan yanacağı müxtəlif yanacaqdoldurma məntəqələrində satır. İdarə müdirinin hər ay təkcə yanacağın satışından 25 min manatdan artıq gəlir əldə etdiyi bildirilir.

Həmçinin Mafisət Cəfərovun on il əvvəl çıxarılıb metalloma satılan yeraltı boruların əsaslı və cari təmiri üçün ayrılan vəsaitlərin hamısının son qəpiyə qədər mənimsədiyi bildirilir. Məlumata əsasən Pirsaat Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsinin rəisi il ərzində boru kəmərlərində əsaslı və cari təmir üçün ayrılan büdcə vəsaitlərinin “şişirdilmiş” qiymətlərlə silinməsi, əmək haqqı fondundan ən azı 20 % vəsait əldə etməsi, idarəyə məxsus maşın və mexanizmləri şəxsi ferma və təsərrüfatlarında istismar etməsi, sahibkarlara verdiyi suyun müqabilində onlardan pul, pul da yoxdursa mal-qara alması Mafisət Cəfərova illik yarım milyona yaxın «gəlir» gətirir. Bu «gəlir»lərin bir qismini ətrafına və Melorasiya və Su Təsərrüfatı ASC-dəki hamilərinə çatdırsa da, təqribən mənimsənilən vəsaitin yarısı idarə müdirinin şəxsi biznesinə və şəxsi büdcəsinə sərf olunur.

PİA.AZ-a daxil olan məlumatda o da qeyd olunur ki, həyata keçirdiyi böyük korrrupsiya fəaliyyətlərinə və dövlət büdcəsinin talanması nəticəsində Mafisət Cəfərov özünə böyük sərvət toplaya bilib. Belə ki, idarə müdirinin taladığı dövlət vəsaiti hesabına Şirvan və Bakı şəhərində 10-a yaxın obyektinin və Bakı şəhərində isə 3 evinin olduğu bildirilir. Lakin bu hələ Mafisət Cəfərovun sərvətinin çox cüzi hissəsidir. Həmçinin idarə müdirinin böyük heyvandarlıq təsərrüfatının fəaliyyət göstərdiyi də bildirilir.

Qarşı tərfin mövqeyini dərc etməyə hazırıq…

COMMENTS