Aeroport yolunda ağır qəza

Aeroport yolunda ağır qəza

Bakıda Hava limanı yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report” bildirir ki, “Buta Palace”nin yanında “BMV X5” markalı avtomobilin “VAZ-2104″ə çırpılması nəticəsində 4 nəfər yaralanıb.

Bunlar 1987-ci təvəllüdlü Nurullayev Ceyhun Təvəkkül oğlu, 1996-cı il təvəllüdlü Gözəlov Yavər Mehman oğlu, 1993-cü təvəllüdlü Əliyev Coşqun Vəli oğlu və 1994-cü il təvəllüdlü Məmmədzadə Hacı İntiqam oğlufur. Yaralıların hamısı “VAZ-2104″də olanlardır. Vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS