Ağcabədidə icra başçısı dövlət pulunu MTN-çiyə necə paylayır? – ŞOK MAXİNASİYA

Ağcabədidə icra başçısı dövlət pulunu MTN-çiyə necə paylayır? – ŞOK MAXİNASİYA

azx.jpg

Son vaxtlar Ağcabədi rayonu ilə bağlı silsilə yazılar dərc etmişik. Bu dəfə də cumhuriyyət. az-ın elektron poçtuna rayondan olduqca ilginc informasiya daxil olub.

Məlumatda son illər ərzində Ağcabədi rayonuna sahibkarlığa kömək milli fondundan ayrılmış milyonlarla maliyyə vəsaitlərinin mənimsənilməsi vurğulanır. Biz bütün baş verənləri araşdırmaqda davam edirik. Hələlik isə daxil olan informasiyanı anons şəklində dəyərli oxucularımıza təqdim edirik.

Bildirək ki, cumhuriyyet.az-a daxil olan məlumata görə, Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun iş prinsipinə uyğun olaraq, torpaq icarədarları olan hüquqi və fiziki şəxsləri müəyyən yollarla torpaq icarələrindən imtina etdirərək, iri fermer təsərrüfatı yaradılması qət edilmişdir.

1. Ağcabədi rayonu ərazisində layihənin həyata keçirildiyi ünvan:Ağcabədi rayonu Dəlləkli Muğanlı kəndi.

2. Layihənin məqsədi:İri fermer təsərrüfatı.

3. Həcmi və ya gücü 1600 ha.

4. Layihə üzrə yeni iş yerlərinin sayı:53.

5. Layihənin icra vəziyyəti:İstifadəyə verilib. Bütün bunlar yaradılan iş yerlərindən çox ləğv olunan iş yerləri üstünlük təşkil edir.

Bütün bunlar MKT adlanan pambıq zavodunun güya ki, daxilində yaradılmışdır. Bunun da başında Eldəniz Quliyev və yerdəki rəhbəri onun qardaşı Azər Quliyevdir. Azər Quliyev vaxtı ilə MTN-də məlum məsələlərə görə vurulmuş şəxsdir. Sahibkarlığa kömək milli fondundan ayrılmış milyonlarla kredit və aqrolizinqdən güzəştli kuban adlandırılan su çiləyicilərinin nəyə xidmət etdiyi, əkinə yararlı olan torpaqlarda iri həcmli güzəştli kreditin hara və nəyə sərf olunduğu haqqında araşdırmalarımız davam edir. Cumhuriyyət.az-ın növbəti yazılarını qaçırmayın.

Elçin İsmayıllı

COMMENTS