Ağdam rayonunda tikinti-quruculuq işləri geniş vüsət alıb

Ağdam rayonunda tikinti-quruculuq işləri geniş vüsət alıb

apo.jpg

Dosye.org saytı xəbər verir ki, Ağdam rayonunun işğal edilməmiş ərazilərində aparılan yenidənqurma və tikinti-abadlıq işləri 2015-ci ildə də uğurla davam etdirilib.

Bu dövrdə Quzanlı qəsəbəsində avtovağzal, mini futbol meydançası, çay evi, yanacaqdoldurma məntəqəsi tikilib istifadəyə verilib. Heydər Əliyev prospektindəki xiyabanda inşa edilən, Ağdam şəhərində ermənilər tərəfindən yandırılmış məşhur “Çay Evi”nin bənzəri olan yeni çay evi ağdamlıların ən sevimli məkanlarından birinə çevrilib.

Ötən il rayonun kəndlərində də quruculuq işləri aparılıb. Təzəkənd qəsəbəsində poçt şöbəsinin binası, Quzanlı qəsəbəsində Avtovağzal binası,  Evoğlu kəndində 100 yerlik uşaq bağçası, Çəmənli kəndində kitabxana, Əfətli və Əhmədağalı kəndlərində Böyük Vətən müharibəsi iştirakçılarının və Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə abidə kompleksləri inşa edilib.

Çəmənli kəndində 70 yerlik uşaq bağçası və Üçoğlan kənd xəstəxanası əsaslı təmir edilib. Eyvazlı kəndi ərazisində sənaye məhəlləsinin yaradılması üçün torpaq sahəsi ayrılıb. Əkinlərin suvarma suyuna olan tələbatını ödəmək məqsədilə kəndlərdə 20 subartezian quyusu qazılıb. İl ərzində 50 mindən çox müxtəlif növ ağac əkilib.

Hazırda Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzinin, kənd təsərrüfatı idarəsinin, 360 şagird yerlik məktəbin-lisey kompleksinin, Xındırıstan uşaq musiqi məktəbinin binalarının tikintisi davam etdirilir.

Dosye.org

COMMENTS