Ağdamın icra başçısı Vaqif Həsənovla Rafiq Cəlilovun birgə oynu…İDDİA

Ağdamın icra başçısı Vaqif Həsənovla Rafiq Cəlilovun birgə oynu…İDDİA

Son günlər icra başçıları ilə bağlı aparılan araşdırmalar bir növ rüşvətə qarşı ən real mübarizənin olduğunu söyləyə bilərik. Bir neçə rayon icra başçılarının həbsi qeyd etdiklərimizə əyani sübütdür.

Ölkə başçısı cənab İlham Əliyevin humanistliyindən sui istifadə edən bəzi məmurlar çox keçmədən ifşa olunur və sərt şəkildə cəzalandırılır. Əlbətdə ki, prezidentin təyin etdiyi məmurlar bir başa xalqa xidmət etməli və göstərilən etimadı doğrultmalıdır. Əfsüslər olsun ki, məlum həbslərdən sonra hələ də öz ampuliyasında olan icra başçıları rəhbər olduğu rayonlarda hegamonluq edir, idarə, təşkilat, müəssisə rəhbərlərini dolayısı yollarla təziyiq altında saxlayır. Dosye.org-a məlumat verən mənbə vurğulayır ki, Ağdam RİH başçısı Vaqif Həsənov özünəməxsüs formada qeyd etdiyimiz xoşagəlməz üsüllarla rayonu idarə edir. Kimdir Vaqif Həsənov?

Xatırladaq ki, hələ icra başçısı təyin olunmazdan əvvəl  Xəzər rayonunda icra başçısının müavini olarkən V.Həsənov MTN-in Antiterror Mərkəzinin müavini olmuş, həbsdə intihar etdiyi deyilən İlqar Əliyevə 2 mərtəbəli mağaza bağışlayıb. Bu fakt vəkil Ramiz Zeynalovun irihəcmli məqaləsində öz əksini tapıb. Həmin məlumata görə, Mərdəkan qəsəbəsinin girəcəyinin solunda, hazırda “Embawood” şirkətinin icarəsində olan 2 mərtəbəli mağaza MTN-in Antiterror Mərkəzinin müavini olmuş İlqar Əliyevə Xəzər RİH başçısının müavini Vaqif Həsənov tərəfindən inşa edilib.

Bakıda yüksək çinli məmurdan ŞOK: Rafiq Cəlilov Bakı şəhər Tikinti ...

Bina Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov vasitəsilə rəsmiləşdirilərək bağışlanıb. Beləliklə, iki müavin birləşib MTN-çi İ.Əliyevə bina bağışlayıb. Məlumat verən mənbə vurğulayır ki, Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilən Rafiq Cəlilovla birgə bir necə qanunsuz işlərə birgə imza atıblar. Əlbətdə ki, adı hallanan bu iki məmur haqqında daha ətraflı məlumatlar əldə etməyə çalışırıq. Bir faktı qeyd edək ki, R. Cəlilovun adı bir neçə mübahisəli torpaq məsələlərində hallanır.

Deməli, ölkə başçısı cənab İlham Əliyevə bəzi təqdimatlar dəqiq ötürülmür. Ən azından Xəzər rayonunda icra başçısının müavini olarkən V.Həsənov işində olduqca ciddi nöqsanlara yol verib. Onun MTN-in Antiterror Mərkəzinin müavini olmuş, həbsdə intihar etdiyi deyilən İlqar Əliyevlə və Rafiq Cəlilovla iş birliyi dərindən araşdırılmalı idi. Təbii ki, bütün bunlar PA keçmiş rəhbəri Ramiz Mehdiyevin cızdığı plandır. Növbəti yazılarımızda daha ətraflı məlumatlar dərc ediləcək. Bizi izləməyi unutmayın…

DOSYE.ORG

 

COMMENTS